Arif Əsədov: "Oyun çətin keçdi"

Premyer Liqanın X turunda “Neftçi” səfərdə “Bakı”nı 3-1 hesabı ilə məğlub etdi.

Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Arif Əsədov qələbəni belə şərh edib:"Oyundan qabaq futbolçularıma tapşırmışdım ki, hər bir komandaya  ciddi yanaşsınlar. Bundan öncəki turda AZAL meydançaya rahat çıxmışdı. Bundan istifadə edən “Bakı” qələbə qazanmışdı. Odur ki, oyunda diqqətli olmalı idik. 3-1 hesabı ilə qələbə qazansaq da, oyun çətin keçdi. Buna baxmayaraq, 3 xal qazana bildik. Oyunçularımı, azarkeşləri təbrik edirəm".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right