Oğuz Çetin: "Öz oyunumuzu sərgiləyə bilmədik"

Premyer Liqanın X turunda "Xəzər Lənkəran" səfərdə "Sumqayıt"ı yendi - 2:1.

Newsport.az-ın məlumatına görə, matçdan sonra Lənkəran klubunun baş məşqçisi Oğuz Çetin bir neçə açıqlama verib: 
"Qələbəyə görə şadam. Biz bu gün ən çətin oyunlarımızdan birini keçirdik. Gənc, mübarizə aparan, yaxşı hazırlanmış komandaya qarşı oynadıq. “Sumqayıt”ı təbrik etmək istəyirəm, yaxşı oynadılar. Bizim üstünlüyümüz odur ki, topla yaxşı davranırıq. Bu gün eyni işləri həyata keçirə bilmədik. Mübarizə ön planda idi. Bundan məmnunam. Açığı, bu gün öz oyunumuzu sərgiləyə bilmədik. Biz topu özümüzdə yaxşı saxlaya bilmədiyimiz üçün rəqibin təzyiqi artırdı. Ona görə də son fitə qədər biz təzyiq altında çıxış etdik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right