"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə AZAL-a 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
“Bu gün meydançada sona qədər mübarizə aparan futbolçularımı təbrik edirəm. Oyunçularım çox istəkli idilər. Qələbəni istədik, arzuladıq. İstədiyimiz işləri həyata keçirə bilərik. Təlim-məşq toplanışı belə keçirməmişik. Amma futbolçularım əsl kişilik göstərirlər. Bütün qələbələr onların xarakter göstərməsi ilə bağlıdır. Qələbəni yenə rəhbərliyə həsr edirəm. Daha yaxşı yerlərə gəlməyə çalışırıq. Oyunları çirkinləşdirmirik. Rəqiblə başabaş mübarizə aparmağa çalışırıq”.