Oğuz Çətin: "Xəzər Lənkəran"ın ideal transferlər etdiyini demək üçün çox tezdir" MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətinin newsport.az saytına müsahibəsi.

- Başlayaq “Xəzər Lənkəran”ın hal-hazırkı durumundan...

Əlbəttə ki, bəli. Çempionatın əvvəlində çoxlu xallar itirdik. Bu da oyunçularımın öz güvənini aşağı saldı.Amma son 3 həftədə komanda yaxşı oyun sərgiləyir. ”Araz-Naxçıvan”, “Qəbələ” və “Bakı” ilə oyunlardan sonra komandada yüksək əhval ruhiyyə mövcuddur. Amma hələ istədiyimiz yerdə deyilik.

- Son illər “Xəzər Lənkəran”da uğursuz nəticə göstərən əcnəbi məşqçilər fəaliyyət göstərib. İndi sizə özünüzü sübut etmək üçün gözəl şans yaranıb. Bu haqda nə deyə bilərsiz?

- Mən bu il gəldim komandaya. Mənim bu sezon komandayla nə qazanacağım bəlli deyil.Bunun haqqında danışmaq hələ tezdir. Amma hər oyun komandanın göstərdiyi yaxşı futbol ortadadır. Amma bu futbolun qarşılığında nəticə qazana bilmədik. Çox hücum edən amma qol vura bilməyən bir komanda görüntüsündəyik. Komandam mənə çox güvənir. Mənim nə edəcəyimlə bağlı danışmaq üçün mövsum sonunu gözləmək lazımdır.

- Rəhbərlik komandaya vacib olan bütün transferləri həyata keçirdi. Hər mövqeyə vacib oyunçular alındı. Amma komanda istənilən nəticəyə nail ola bilmir. Bunun səbəbi?

- Komanda ideal transferləri etdi demək üçün çox tezdir. Amma lazımı bölgəyə lazımi oyunçular alındı. Yeni transferlərin fərdi performansı hələdə mənim istədiyim səviyyədə deyil. Amma komanda olaraq çox yaxşı komandayıq.

- Bir məşqçinin uğur qazanması üçün nə lazımdır?

- Uğur birlikdən irəli gəlir. Bu birliyi rəhbərlik, komanda, şəhər və azarkeşlər yaratmalıdır. Azarkeşlərin bizi dəstəkləməsi üçün istənilən səviyyəyə gələ bilmədik. Azarkeşlərin stadionu doldurduğu zaman “Xəzər Lənkəran” daha yaxşı oyun sərgiləyir. Bizim üzərimizə düşən ən böyük vəzifə yaxşı nəticələr alaraq yenidən azarkeşlərimizi stadiona qaytarmaqdır.

- Bu gün “Xəzər Lənkəran”ın ən böyük problemi nədir?

Bizim problemimiz qol vura bilməməyimizdir. Geridə qalan oyunlara nəzər salsanız görərsiniz ki, heç bir komandanın bizim qarşımızda mütləq üstünlyü olmayıb. Lakin, biz əlimizə düşən fürsətlərdən maksimum yararlana bilmirik. Amma artıq bu problemimizi həll edirik. Son oyunlarda komanda hücum xəttində məhsuldar çıxış edir. Ona görədə elə bir böyük problemimiz yoxdur.

- Son oyunda oyunun ən yaxşısı Elnur Cəfərov idi. Bəs sizin fikrinizcə nə üçün bu vaxta kimi Elnur Cəfərov əsas heyətə salınmırdı?

- Orta da bir reallıq var ki, Elnur Cəfərovu oyuna buraxan mən idim. Keçən il hər nöqteyi nəzərdən zəif olan Elnur son oyun super oyun göstərdi. Elnuru "Bakı" oynuna qədər hazırlayan da mənəm. Elnurun bu gözəl oyunundan sora doğru qərar verdiyimə görə sevinirəm. Ümumiyyətlə “Xəzər Lənkəran”da çox yetənəkli gənc oyunçular var. Biz onları gələcək üçün hazırlayırıq.

- Yəqin ki, bundan sora Elnur və Elnur kimi gənc oyunçuları heyətdə görəcəyik..

Əlbəttə, ancaq o bu performansı davam etdirməlidir. Onun böyük dəstəyə ehtiyacı var.

- “Xəzər Lənkəran” bu il çempionluğa oyanaya biləcək gücdədirmi?

- Bizim müəyyən əskiklərimiz var. Əgər onlar olmasaydı indi biz lider olardıq. Əskiklər deyəndə də ən çox durduğum nöqtə qol vura bilməməkdir. Bundan başqa bir əksiyimiz yoxdur.

- Sizcə çempionluğa oynayan bir komanda üçün bir hücumçu az deyilmi?

- Bizim bəzi fikirləşmədiyimiz durumlar oldu. Mbilla və Nildonun komanda daxili davranışları onların göndərilmələrinə səbəb oldu. Təbii ki, bu da bizim planlarımızı pozdu. Hal -hazırda tək işim Raufu yenidən qazanmaqdan ibarətdi. O Azərbaycanın ən yaxşı hücumçusudur. Onu qazanmaq lazımdır.

- Bu gün komandanın qapıçı problemi varmı?

- Xeyr, bu gün bizim belə bir problemimiz yoxdur. Cahangirin komandaya gəlişi ilə bu məsələmiz həll olundu.

- “Sumqayıt”la oyundan sonra komandada kiçik problemlərin olduğunu demişdiniz. O problemlər həllini tapıbmı?

- Yenə qeyd edirəm təkcə problemimiz qol vurmaqdır. Onu da həll edirik.

- Berti Foqtsun millidən getməyinə münasibətiniz? Sizcə yerli yoxsa əcnəbi baş məşqçi daha faydalı olacaq?

- Foqts milli üçün işlər görməyə çalışırdı. Amma axırda istefa verərək getdi. Amma mənim fikrimcə milliyə məşqçi olaraq yerli baş məşqçi gəlməlidir. Oyuncuların yenidən motivə edilməsi üçün yerli baş məşqçi gətirilməlidir və hər kəs onu dəstəkləməlidir.

- Qış fasiləsində komandadan göndəriləcək oyuncuların siyahısını hazırdımı?

- Hələ bu dəqiq deyil. Qış fasiləsinə kimi hər oyuncu yaxşı performans göstərə bilər. Hər şey onlardan aslıdır. Yalnız qışda bu məsələ haqqında nəsə fikir yürütmək olar.

Mərdan Həsənli





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right