Məlum olduğu kimi, "Qarabağ"da forma geyən Namiq Yusifov zədə səbəbindən "Qəbələ"yə qarşı oyunda meydana çıxmamışdı.
Newsport.az-ın məlumatına görə, Ağdam klubu vitse-kapitanından sevindirici xəbər alıb.
Belə ki, təcrübəli yarımmüdafiəçi zədəsini sağaldıb. 28 yaşlı futbolçunun durumu yaxşılaşdığından, o, bu gündən etibarən hazırlılara qoşulacaq. Yusifovun "Dnepr"lə ayın 23-də Kiyevdə keçiriləcək oyunda komandasına kömək edəcəyi gözlənilir.