"Xəzər Lənkəran" "Bakı" ilə oyun itkilərlə hazırlaşır

Son üç gündür məşqlərini paytaxtda davam etdirən “Xəzər Lənkəran” dünən doğma şəhərə dönüb.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda qısa fasilədən sonra axşam məşqini Lənkərandakı bazasında keçirib. Hazırda Uğur Pamuk və Rəşad Sadiqovla yanaşı Ağabala Ramazanov da zədə səbəbindən hazırlıqda iştirak etmir.

 Komandanın bu gün və sabah məşqi olacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran Azərbaycan Premyer Liqasının 8-ci turunda "Bakı" ilə qarşılaşacaq. Matç oktyabrın 19-u, saat 17:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right