“Neftçi” futbolçu Mirhüseyn Seyidovla yeni müqavilə imzalayıb.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi 2 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Mirhüseyn Seyidov 2006-cı ildən “Neftçi”nin şərəfini qoruyur.