"Xəzər Lənkəran" "Bakı" üçün gedir

Premyer Liqanın VIII turunda “Bakı” klubunu evdə qəbul edəcək “Xəzər Lənkəran” cənuba qayıdır. Komanda bu gün saat 09:30-da paytaxtı tərk edərək, doğma şəhərə yollanacaq.

Mənzil başına çatdıqdan sonra özünün baza-otelində məskunlaşacaq cənublular günün ikinci yarısında stadionun yardımçı meydaçasında əsasən fiziki hərəkətlərdən və qaçışdan ibarət yüngül məşq də keçəcək.

Beləliklə, bir neçə gün ərzində Bakıda hazırlaşan “Xəzər Lənkəran”, “Bakı” ilə oyuna qədər məşqlərini Lənkəranda davam etdirəcək.

Qeyd edək ki,“Xəzər Lənkəran” – “Bakı” qarşılaşması oktyabrın 19-da “Fırtınalar meydanı”nda keçiriləcək. Saat 17:00-da start götürəcək görüş “Xəzər LənkəranTV” vasitəsi ilə canlı yayımlanacaq.

12cioyuncu.info





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right