Azərbaycan millisində ciddi itki

Azərbaycan milli komandasının heyətində Lixtenşteynlə keçiriləcək oyundan öncə dəyişiklik edilib.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, 23 nəfərlik heyətə daxil olan Anton Krivotsyuk çənə nahiyəsində yaranmış iltihabi proses səbəbindən millinin heyətindən çıxarılıb.

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn yığması ilə qarşılaşacaq. “Reynpark” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right