Uşaq və gənclər arasında keçirilən "Sabahın Ulduzları" turnirində növbəti oyunlar baş tutub.
Newsport.az xəbər verir ki, avqustun 4-də U-14 yaş qrupunda I turun son üç oyunu keçirilib. Turnirin bu mərhələsində "Sabah" səfərdə "Sumqayıt"ı minimal hesabla (1:0), "Xan" isə "Zirə"ni 5:1 hesabı ilə məğlub edib. Turun ən bol qollu matçında isə "Neftçi" EFA komandasını 11:4 hesabı ilə üstələyərək ilk tura yekun vurub.
Bu gün isə yarışın U-15 yaş qrupunda II turun görüşlərinə start verilib. Günün ilk matçında "Zirə"nin U-15 komandası "Dinamo"-nu 11:1 hesabı ilə məğlub edib. EFA komandası "Marafon" üzərində 2:1 hesablı çətin qələbə qazanıb. Günün sonuncu oyunu olan "Neftçi" - "Qəbələ" qarşılaşmasında isə hazırda hesab açılmayıb.
U-15, II tur
5 avqust
“Zirə” - “Dinamo” – 11:1
Qollar: Anar Muradlı, 6; Əli Hüseynov, 8 (pen.), 27, 28; Məhəmməd Hüseynli, 23, 38; Sənan Nəbiyev, 41, 51, 79; Riad Məhərrəmli, 59; Rüstəm Əliyev, 77 - Fəqan Hacatov, 56
“Marafon” – EFA - 1:2
Qollar: Davud Kələntərli, 78 - Şahin Qasımzadə, 43; Tural Zahidov, 48
“Qəbələ” – “Neftçi” - 1:2
Qollar: İsmayıl İmanov, 68 - Qafar Babayev, 58, 77
U-15 yaş qrupunda II turun digər oyunlarının təqvimi:
6 avqust
16:00. “Sumqayıt” – “Sabah”
18:30. “Ulduz” – “Rekord”
20:45. “Zəngəzur” – “Qarabağ”