"Qarabağ" Polşaya yollandı

"Qarabağ" komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün Polşaya yola düşüb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Ağdam təmsilçisi Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə keçiriləcək vacib qarşılaşma öncəsi bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportundan xüsusi reyslə Polşaya yollanıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv matçın keçiriləcəyi şəhərdə son hazırlıq məşqinə çıxacaq.

Ukraynadakı mövcud vəziyyətlə əlaqədar neytral meydanda baş tutacaq bu qarşılaşma avqustun 6-da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüş Lublin şəhərində yerləşən "Arena Lublin" stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right