Azərbaycan millisinin forvardı Polşa və Niderland klublarından imtina etdi

Milli komandamızın üzvü Nəriman Axundzadə yeni mövsümü icarə əsasında “Erzurumspor”da keçirəcək.

Newsport.az xəbər verir ki, 22 yaşlı futbolçunun təklifləri az olmayıb.

"Kolumbus Kryu"da oynamaq üçün çox şans görməyən Axundzadə Polşa, Niderland kimi ölkələrə yollana bilərmiş.

Belə ki, Polşa yüksək liqasında yarışan “Krakoviya”, “Vitesse” kimi klublar Axundzadəni istəsə də, milli üzvü sonda seçimini “Erzurumspor”dan yana edib. 

22 yaşlı hücumçu tibbi müayinədən uğurla keçib və mövsümü orada keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right