Zakaria Savonu "Qarabağ"ın oyunlarında kim əvəzləyəcək?

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Dinamo" (Kiyev) ilə səfər oyununda hücumda kimi oynadacağında dair sualı cavablandırıb.

Newsport.az xəbər verir ki, o, bu barədə bu gün keçirilən mətbuat konfransında danışıb.

Həmçinin oxuyun: Qurban Qurbanov: "Dinamo" kimi rəqiblərə qarşı oynamağı xoşlamışam"

- Zakaria Savonun yoxluğunda mərkəz hücumçusu kimi Renaldo Sefası görə bilərik?

- Hansısa dəyişikliklər olacaq. O da variantlardan biridir. Amma ola bilər ki, bu oyun olsun, ya da başqa matçda. Hələ tam qəti qərar verməmişik ki, orada Sefas oynayacaq, ya başqası.

Xatırladaq ki, "Qarabağ"ın yeni hücumçusu Zakaria Savo zədələndiyi üçün 8 həftəlik sıradan çıxıb.

Qeyd edək ki, "Dinamo" - "Qarabağ" matçı avqustun 6-da Polşada keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right