Zamiq qayıtdı və Avroliqa oyununa çıxdı

Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” (Albaniya) Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Şemrok Rovers”un (İrlandiya) qonağı olub.

Newsport.az xəbər verir ki, qarşılaşmada İrlandiya klubu 3:1 hesabı ilə qalib gəlib.

Zamiq bu matçda meydana start heyətində çıxıb və 69-cu dəqiqədə - bütün qollar vurulandan sonra əvəzlənib. 

Xatırladaq ki, Z.Əliyev hərbi xidmət məsələlərinə görə bir müddət idi Azərbaycanı tərk edə bilmirdi. 25 yaşlı müdafiəçi daha sonra bu problemi həll edərək gec də olsa, komandasına qoşula bilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right