Azərbaycan çempionu "Sabah" bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxıb.
Newsport.az xəbər verir ki, "bayquşlar" Danimarka klubu "Orhus"la üz-üzə gəlib. Matç təmsilçimizin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Cavab görüşü bir həftədən sonra Masazırda baş keçiriləcək.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
İlk oyun
"Orhus" (Danimarka) – "Sabah" (Azərbaycan) 2:1
Qollar: Bogere 32,63, - Velko Simiç, 67
Baş hakim: Rade Obrenoviç
Yan xətt hakimləri: Aleksandr Kaspanoviç, Qreqa Kordej
Dördüncü hakim: Matey Yuq (hamısı Sloveniya)
Danimarka, Randers, "Cepheus Park" stadionu.