Yeni mövsümün hazırlığını davam etdirən "Şamaxı" yoxlama oyununda qüvvəsini sınayıb.
Newsport.az xəbər verir ki, Azər Bağırovun rəhbərlik etdiyi kollektiv "Qəbələ" ilə üz-üzə gəlib.
Bölgə təmsilçilərinin Qəbələ şəhər stadionunda baş tutan dueli "Şamaxı"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Şamaxı"nın qollarını Oruc Məmmədov vurub. "Qəbələ"nin heyətində isə Uboçioma Meşak fərqlənib.