"Tottenhem" "Mançester Siti"nin futbolçusunu istəyir 60 milyon funt-sterlinqə

"Tottenhem" Savinyonun transferi üzərində işləyir.

Newsport.az "The Times" nəşrinə istinadən xəbər verir ki, daha əvvəl braziliyalı vingerin daha çox oyun praktikası qazanmaq məqsədilə "Mançester Siti" rəhbərliyinə komandadan ayrılmaq istədiyini bildirdiyi xəbər verilmişdi.

"Tottenhem" futbolçunun transferi üçün danışıqları davam etdirir. Müqavilənin dəyəri təxminən 60 milyon funt-sterlinq qiymətləndirilir və bonuslarla birlikdə bu məbləğ daha da arta bilər.

Savinyo ötən mövsüm İngiltərə Premyer Liqasında 24 oyuna çıxıb, 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right