"Zirə"dən ayrılan Leroy Mikelsin yeni klubu bəlli olub.
Newsport.az xəbər verir ki, almaniyalı hücumçu karyerasını ölkəsində davam etdirəcək.
31 yaşlı futbolçu 3-cü liqasında yarışan “Valdhof Manhaym”la anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Leroy Mikels "Zirə"dən əvvəl "Şamaxı"da da çıxış edib.