"Qarabağ"a qarşı asan deyildi, çünki onlar çox güclü rəqibdir" ÇSKA-nın futbolçusu

Bolqarıstan ÇSKA(Sofiya) klubunun yarımmüdafiəçisi Stefano Sensi Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”la 0:0 hesablı heç-heçə ilə bağlı fikirlərini bildirib.

Newsport.az "gong.bg" portalına istinadən xəbər verir ki, italiyalı futbolçu "Qarabağ"la cavab görüşündəki şanslarından bəhs edib:

"Komanda olaraq yaxşı çıxış etdik və çox lahyiqli oynadıq. Asan deyildi, çünki onlar çox güclü rəqibdir. İndi tez bir zamanda özümüzə gəlməliyik: qarşıda “Botev”ə qarşı (Plovdiv) liqa matçımız var və bu görüşdə əlimizdən gələni etməliyik. Özümüzə əmin olmalıyıq, çünki çox yaxşı oyunçuları olan yaxşı komandamız var. Bu heç-heçəyə layiq idik. Futbol futboldur və top bütün komandalar üçün eynidir. Ən əsası intizam və meydanda özümüzü necə aparmağımızdır. Komandanın arxasında azarkeşlərin olması həmişə xoşdur - onlar bizi çox dəstəkləyirlər. İndi növbəti liqa matçına yaxşı hazırlaşmalıyıq. "Qarabağ"la cavab oyunundakı döyüşə hazır olmalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right