"Şəfa" daha bir futbolçunu heyətinə qatıb.
Newsport.az Bakı klubuna istinadən xəbər verir ki, niderlandlı müdafiəçi Kristofer Mamengi ilə "1+1" illik müqavilə imzalanıb.
25 yaşlı oyunçu ölkəsində "Utrext" və "Almere", Kosovoda isə "Priştina" klublarının formasını geyinib.
O, eyni zamanda Niderlandın aşağı yaş qrupları üzrə millilərində çıxış edib.