“Neftçi” ötən mövsüm icarə əsasında komandada çıxış edən Fredi Varqasın transfer hüquqlarını alıb.
Newsport.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb. Varqasla müqavilənin detalları açıqlanmayıb.
27 yaşlı futbolçu ötən mövsüm “Neftçi” formasıyla 32 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.