"İmişli"də yeni məşqçi təyinatı

"İmişli” fiziki hazırlıq üzrə məşqçi Elmir Cəbrayılov ilə əməkdaşlığa başlayıb.

Newsport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis daha əvvəl “Şəfa” FK-da fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib. Bölgə təmsilçisi açıqlamasında bildirib:

"Klub olaraq inanırıq ki, Elmir Cəbrayılovun peşəkarlığı, zəngin təcrübəsi və iş prinsipləri komandamızın inkişafına, futbolçuların fiziki hazırlığının daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right