Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Newsport.az xəbər verir ki, bu haqda AFFA məlumat yayıb.
O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 22-də keçiriləcək “Jelezniçar” (Pançevo, Serbiya) - “Braqa” (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma Pançevo şəhərində yerləşən “Mladost” stadionunda keçiriləcək.