Avropada Azərbaycanı təmsil edən "Qarabağ", "Neftçi" və "Zirə"nin 3-cü mərhələdəki potensial rəqibləri müəyyənləşib.
Newsport.az xəbər verir ki, Avropa Liqasının təsnifat mərhələsinin ikinci turunda Bolqarıstanın ÇSKA(Sofiya) komandası ilə qarşılaşacaq "Qarabağ" üçüncü turun püşkatmasında səpələnmişlər arasında yer alacaq. Ağdam təmsilçisinin potensial rəqibləri arasında aşağıdakı klublar yer alır: “Yagelloniya”, "Şerif" (Moldova) - "Makkabi" (Tel-Əviv, İsrail), "Hammarbü" (İsveç) - "Anderlext" (Belçika), "Hayduk”(Split,Xorvatiya) - "Pafos" (Kipr) və "Tromsö" (Norveç) - "Hradeç Kralove" (Çexiya), eləcə də Çempionlar Liqasının ikinci turunda "Fənərbaxça" (Türkiyə) - "Qornik" (Polşa) və "Şturm" (Avstriya) - "Harts" (Şotlandiya) matçlarının məğlublarından biri.
Konfrans Liqasının seçmə mərhələsinin ikinci turunda müvafiq olaraq Belarusun "Dinamo”(Minsk) və Estoniyanın "Payde" komandaları ilə qarşılaşacaq "Neftçi" və "Zirə" üçüncü turun püşkatmasında səpələnməmişlər arasında yer alacaqlar.
Bakı komandalarının, eləcə də ÇSKA-ya məğlub olacağı təqdirdə "Qarabağ"ın potensial rəqibləri arasında aşağıdakı klublar var:
“Jelezniçar” (Serbiya) - Braqa (Portuqaliya), "Voyvodina" (Serbiya) - "Ayaks" (Niderland), "Polessye" (Ukrayna) - Kopenhagen (Danimarka), LNZ (Ukrayna) – “Gent”(Belçika), “Santa Koloma” (Andorra) – “Rapid” (Vyana, Avstriya), “Pakş” (Macarıstan) - Panatinaikos (Yunanıstan), “Hapoel” (Tel-Əviv, İsrail) – “Ludoqorets” (Bolqarıstan), FKSB (Rumıniya) – “Auda” (Latviya), “Rakuv” (Polşa) – “Valletta” (Malta), “Partizan”(Serbiya) – “UNA Ştrassen”(Lüksemburq), “Luqano”(İsveçrə) – “Dukanjini”(Kosovo), AEK(Larnaka, Kipr) – “Beytar”(İsrail), “İstanbul Başakşehir” (Türkiyə) – “İnter Turku” (Finlandiya), “Riyeka” (Xorvatiya) – “Derri Siti” (İrlandiya), "Alaşkert" (Ermənistan) - "ÇFR Kluj" (Rumıniya), HİK(Finlandiya) - "Kolreyn" (Şimali İrlandiya), "Valur" (İslandiya) - "Jrinski" (Bosniya və Herseqovina), RFŞ (Latviya) - "Vestri" (İslandiya), "Universitatya" (Kluj, Rumıniya) - "Brann" (Norveç), "Dinamo" (Tbilisi, Gürcüstan) - "Jalqris" (Litva), “Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya), “Zimbru” (Moldova) – “Noah” (Ermənistan), eləcə də Avropa Liqasının seçmə mərhələsinin ikinci turunda məğlub olanlar: “Şerif” (Moldova) – “Makkabi”(Təl-Əviv,İsrail), “Dinamo”(Kiyev) (Ukrayna) - PAOK (Yunanıstan), “Beşiktaş” (Türkiyə) – “Midtülland”(Danimarka) və “Tvente” (Niderland) – “Ferentsvaroş” (Macarıstan) görüşünün qalibi.
Avropa Liqasının və Konfrans Liqasının üçüncü turunun təsnifat mərhələsi iyulun 20-də keçiriləcək.