"Qarabağ"ın futbolçusu Dani Bolt Ağdam klubunu tərk edə bilər.
Newsport.az saytına verilən məlumata görə, 27 yaşlı müdafiəçiyə hazırda bir neçə təklif var.
Onu istəyən klublar arasında Avstriya təmsilçisi də var.
Belə ki, "Austriya" Boltla yaxından maraqlanır.
Avstriya təmsilçisi onu ilk növbədə icarəyə götürməyi də planlaşdırır.
Boltun "Qarabağ"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.