“Qarabağ”la razılığa gəlmədi, Türkiyə klubuna keçdi

Nihad Mujakiçin “Qarabağ”a transferi baş tutmayıb. Bosniya və Herseqovina millisinin müdafiəçisi karyerasını Türkiyədə davam etdirməyə qərar verib.

Newsport.az xəbər verir ki, 27 yaşlı futbolçu “Ərzurumspor”a keçib. Dünən tərəflər 3 illik müqavilə bağlayıb.

Türkyə klubu müdafiəçi üçün “Partizan”a 400 min avro ödəyib.

Muyakiç son mövsümü icarə əsasında Türkiyədə keçirib. O, əvvəlcə “Eyüpspor”, daha sonra isə “Qaziantep”in formasını geyinsə də, hər iki klub müdafiəçinin transfer hüquqlarını almaqdan imtina edib. Bunun ardından futbolçu yenidən Serbiyaya qayıtmışdı.

Mərkəz müdafiəçisi 2024-cü ildə Türkiyənin “Ankaragücü” klubundan “Partizan”a transfer olunmuşdu. O, Belqrad təmsilçisinin heyətində ümumilikdə 34 rəsmi oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Muyakiç karyerası ərzində Bosniyanın “Sarayevo”, Belçikanın “Kortrik” və “Beveren”, Xorvatiyanın “Hayduk” (Split), Türkiyənin “Ankaragücü”, “Eyüpspor” və “Qaziantep” klublarında da çıxış edib. O, Bosniya və Herseqovina millisinin də formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right