"Zirə"dən ayrılan müdafiəçi I Liqa klubunda

"Zirə" klubundan ayrılan Fuad Bayramovun yeni komandası müəyyənləşib. Təcrübəli müdafiəçi bundan sonra karyerasını I Liqada davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Səbail" klubu 28 yaşlı futbolçunu heyətinə qatdığını açıqlayıb.

Tərəflər arasında imzalanan müqavilənin detalları və müddəti barədə hələlik ətraflı məlumat verilməyib.

Qeyd edək ki, Fuad Bayramov karyerası ərzində "Şamaxı" və "Turan Tovuz" klublarının da şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right