Başa çatan mövsümdə “Şəfa”nı çempion edərək Premyer Liqaya vəsiqə qazandıran Elgiz Kərəmliyə daha bir təklif gəlib.
Newsport.az saytına verilən məlumata görə, 2025/2026 mövsümündə Premyer Liqaya çıxmaq uğrunda pley-off matçı oynayan və məğlub olan “Mingəçevir” Kərəmliyə təklif göndərib.
Amma tərəflər arasında maliyyə məsələlərində razılıq əldə olunmayıb.
Buna görə də, gənc məşqçinin bölgə klubuna təyinatı reallaşmayıb.
Sportal.az