“Qarabağ” afrikalı hücumçunu izləyir Transfer baş tutacaq?

“Qarabağ” “Akron”un hücumçusu Gilson Benşimolu transfer etməkdə maraqlıdır.

Newsport.az xəbər verir ki, bu barədə “Zona Russa” məlumat yayıb. Mənbənin iddiasına görə, Ağdam təmsilçisi Rusiya klubunda çıxış edən 24 yaşlı forvardın durumunu yaxından izləyir.

Bildirilir ki, Kabo-Verde millisinin də üzvü olan futbolçu “Qarabağ”ın yay transfer siyahısında yer alıb. Tərəflər arasında danışıqların olub-olmadığı barədə isə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Benşimol ötən mövsüm “Akron”un heyətində bütün turnirlərdə 24 oyuna çıxaraq 10 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right