"Şəfa" daha bir futbolçu transferini gerçəkləşdirib.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yarımmüdafiəçi Musa Quelini heyətə cəlb olunub. 27 yaşlı fransalı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, M.Queli son olaraq Şimali Makedoniyanın "Tikves" klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə "Samsunspor"un, Fransada isə "Dankerk", "Red Star", "Valansyen" və "Loryan" klublarının formasını geyinib.