"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubu ilə müqavilə imzaladı

"Turan Tovuz"dan ayrılan Sergey Samokun yeni klubu məlum olub.

Newsport.az xəbər verir ki, rusiyalı qapıçı karyerasını ölkəsində davam etdirəcək.

Samok "Veles"lə anlaşıb. Bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı qolkiper I Liqa klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Sergey Samok 2024-cü ilin yayından "Turan Tovuz"da çıxış edirdi. O, 2025/26 mövsümündə Premyer Liqada 11 oyunda meydana çıxıb və qapısında 10 qol görüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right