"Sabah" və "Zirə" qalib gəldi, Azərbaycanın reytinq xalı yüksəldi

Azərbaycan UEFA ölkə reytinqində xal hesabını artırıb.

Newsport.az xəbər verir ki, bu, Avropa kuboklarının 1-ci təsnifat mərhələsində “Sabah” Çempionlar Liqasında TNS (Uels), “Zirə”nin isə Konfrans Liqasında “Torpedo” (Gürcüstan) üzərindəki qələbəsi sayəsində mümkün olub.

Bu oyunlardan sonra Azərbaycanın cari mövsümdəki əmsalı 0.500-ə yüksəlib.

Hazırda son 5 mövsümün nəticələrinə əsasən Azərbaycanın ümumi əmsalı isə 19.062-dir. Bu göstərici ilə ölkəmiz UEFA ölkə reytinqində 26-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, 25-ci sırada yer alan İsrailin 20,750 əmsalı var. 

Bu gün keçiriləcək Avroliqanın “Qarabağ” - “Vestri” matçında Ağdam təmsilçisi müsbət nəticə qazansa, bu da ölkəmizin xal ehtiyatının artmasına səbəb olacaq.  

Qeyd edək ki, reytinqə əvvəlkitək İngiltərə (101,852 əmsal) başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right