Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışını davam etdirən milli komandamız yoldaşlıq görüşü keçirib.
Newsport.az xəbər verir ki, yerli yığma ilə qarşılaşan millimiz, Orxan Məmmədov (3), Elşad Manafov (2) və Sahib Məmmədov’un vurduğu qollarla rəqibindən 6:0 hesabı ilə üstün olub.
Bu komandalar arasında növbəti oyun 10 iyul saat 18:00 tarixində keçiriləcək. Qeyd edək ki, bu qarşılaşmalar 15-19 iyul tarixlərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.