“Kamilo Duranın heyətdə qalmasını istərdik” Qurban Qurbanov

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri” ilə keçiriləcək oyun öncəsi mətbuat konfransı baş tutub.

Newsport.az xəbər verir ki, baş məşqçi sabahkı qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

“Bütün klublarımıza uğurlar arzulamaq istəyirəm, “Zirə”yə, “Sabah”a, “Neftçi”yə. İlk oyunumuzdur. Çatışmamazlıqlarımız var. Amma ümid edirəm ki, yaxşı oyun göstərə, qalib gələ biləcəyik.

Kamilo Duran yeni klubunda tibbi müayinədən keçib. Bir neçə saat əvvəl hər şeyin qaydasında olduğu ilə məlumat almışdıq, amma hələ proses tamamlanmayıb. Duranın gedişi hələ rəsmiləşməyib. O, bizim əsas oyunçumuz idi. Onun belə oyunlarda qalibiyyəti var idi. Belə oyunçunun getməsi çatışmazlıqlar gətirə bilər, lakin gələcək üçün qazandıqlarımız da var. Biz təcrübəli klub olaraq, özümüz də nə qədər oyunçularımızı xarici klublara transfer etmişik. Lakin Duranın da heyətdə qalmasını istərdik.

Yeni oyunçuların adaptasiyaları həm yaxşı, həm pis keçir. Bəzi oyunçular gec qoşulublar və bu da onların adaptasiyasını bir qədər çətinləşdirə bilər. Sabahkı oyunda da heyətdə görünə bilərlər.

Elvin Cəfərquliyevlə bağlı hələ tam qərar verməmişik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right