Daha bir azərbaycanlı futbolçu Qırğızıstanda çıxış edəcək.
Newsport.az xəbər verir ki, "Kəpəz"dən ayrılan Camal Cəfərov “Alay”a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın U-21 millisinin sabiq üzvü Rusiyanın "Anji" klubunun yetirməsidir. 23 yaşlı hücumçu "Sabah"da da çıxış edib.
Qeyd edək ki, Qırğızıstanda daha dörd azərbaycanlı futbolçu çıxış edir: Orxan Əliyev, Ramin Əhmədov, İldar Ələkbərov və Səbail Bağırov. Onların hər biri "Ozgon" klubunün üzvüdür.