Polşa millisinin qapıçısı Mateuş Koxalski yay transfer pəncərəsində "Qarabağ"dan ayrılacaq. Newsport.az xəbər verir ki, bu barədə Polşanın "Fakt" nəşri məlumat yayıb.
İddiaya görə, 25 yaşlı qolkiper karyerasını daha güclü çempionatda davam etdirmək niyyətindədir və bu səbəbdən yay transfer dönəmində təklifləri dəyərləndirməyə hazırdır.
Bildirilir ki, Koxalski gələcək karyerası ilə bağlı yeni çağırış axtarır və maraqlı təkliflər gələcəyi halda "Qarabağ"dan ayrılmağa müsbət yanaşacaq.
Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ildən "Qarabağ"ın formasını geyinir. Polşalı qapıçının Ağdam təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Yay transfer dönəmində bir neçə futbolçu Ağdam klubundan ayrılıb.