"Qarabağ" "Bayer"in yetirməsini transfer edir

"Qarabağ" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

Newsport.az xəbər verir ki, Ağdam klubu "Ferentsvaroş"da çıxış edən Cəbrayıl Makrekkisi transfer etməyə yaxındır. Bu barədə "Csakfoci" portalı məlumat yayıb.

"Samsunspor" və bir neçə Türkiyə Super Liqası klubunun marağına baxmayaraq, latviyalı futbolçu Azərbaycanda oynamağa üstünlük verib. "Qarabağ"ın sağ cinah müdafiəçisi üçün ciddi məbləğdə transfer haqqı ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Cəbrayıl Makrekkis Leverkuzen "Bayer"inin yetirməsidir. 26 yaşlı futbolçu 2023-cü ilin yayından "Ferentsvaroş"da çıxış edir. O, 2025/26 mövsümündə Macarıstan təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right