"İmişli" yeni baş məşqçisini açıqladı

"İmişli"nin yeni baş məşqçisi açıqlanıb.

Newsport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bu vəzifəyə Fərid Namazov təyin edilib. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Bildirilir ki, UEFA Pro kateqoriyalı mütəxəssis karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında uğurla fəaliyyət göstərib.

Qeyd edək ki, daha öncə də bölgə təmsilçisini çalışdıran mütəxəssisin rəhbərliyi altında klub 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right