“Şəfa” ilk legioner transferini reallaşdırdı

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Şəfa” ilk legioner transferini reallaşdırıb.

Newsport.az xəbər verir ki, sözügedən klub yarımmüdafiəçi Vlad Marian Popu heyətinə qatıb.

Rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Rumıniya U-21 millisinin sabiq üzvü olan Vlad son olaraq “Unirea Sloboziya”nın formasını geyinib. 25 yaşlı futbolçu karyerası ərzində “Universitatea Krayova” və “Mioveni” kimi klublarda da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right