"Zirə" Türkiyə klubuna qalib gəldi Yenilənib

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Zirə” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yerli "Fatih Karagümrük"lə üz-üzə gəlib. Matç "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmilçisinin heyətində George Papunaşvili fərqlənib.

Qeyd edək ki, “Zirə” Boludakı ilk matçında Özbəkistan “Navbahor”una 1:3, ikinci matçında Türkiyə təmsilçisi "Igdır"a 3:4 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right