"Zirə" Türkiyə klubuna məğlub oldu

"Zirə" Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv yerli "Iğdır"la üz-üzə gəlib. Qarşılaşma Türkiyə təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

"Qartallar"ın qollarını Yeqor Boqomolski (2) və Elçin Əlicanov vurub.

Qeyd edək ki, "Zirə" təlim-məşq toplanışında keçirdiyi ilk matçda Özbəkistanın "Navbahor" klubuna 1:3 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right