Misli Premyer Liqası: Son mövsümdə meydana çıxan yerli və əcnəbi oyunçuların sayı bilindi

Misli Premyer Liqasının 2025/2026 mövsümündə meydana ümumilikdə 330 futbolçu çıxıb.

Newsport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib.

Heyətində ən çox futbolçuya şans verən klub 35 oyunçu ilə “Kəpəz” olduğu halda, ən az oyunçu “Araz-Naxçıvan”ın (23) heyətində çıxış edib. “Kəpəz” həmçinin 22 oyunçu ilə ən çox yerli futbolçu oynadan komanda kimi fərqlənib, bu göstəricidə ən aşağı nəticə isə 8 oyunçu ilə “Neftçi”yə məxsusdur.

Turnir ərzində heyətində ən çox legioner yer alan klublar hər biri 17 oyunçu olmaqla “Sabah”, “Qarabağ” və “Neftçi” olub, ən az əcnəbi oyunçuya isə “İmişli” (11) şans verib.

Şans qazanan oyunçulardan 163-ü yerli, 167-si isə legioner statusuna malik olub.

Həmçinin, 2025/2026 mövsümündə çıxış edən bütün futbolçuların ümumi orta yaşı 26.8 olaraq qeydə alınıb. Yerli statuslu oyunçuların orta yaşı 24.8, əcnəbi futbolçuların orta yaşı isə 28.4 təşkil edib. Meydana çıxan ən gənc futbolçu 16 yaş 162 günlüyündə “Kəpəz”in heyətində debüt edən Raul İsaqov olub. Ən yaşlı oyunçu isə “Zirə”nin heyətində 35 yaş 219 günlüyündə meydana çıxan Stefan Aka olub.

Mövsüm ərzində ölkə daxilində 2 müxtəlif klubun heyətində meydana çıxan 5 futbolçu qeydə alınıb. Bunlar “Turan Tovuz” və “Şamaxı”da oynayan Abdulla Rzayev, “Sabah” və “Zirə”nin heyətində çıxış edən Anatoli Nuriyev, “Sumqayıt” və “Qəbələ”də şans qazanan Rauf Rüstəmli, “Şamaxı” və “Sumqayıt”da meydana çıxan Sənan Muradlı, həmçinin “Turan Tovuz” və “Kəpəz”in formasını geyinən Veysəl Rzayevdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right