Misli Premyer Liqasının 2025/2026 mövsümündə 198 oyunda 511 qol vurulub.
Newsport.az Peşəkar Futbol Liqasının hesabatına istinadən xəbər verir ki, orta qol göstəricisi hər oyuna 2.58 təşkil edib.
Futbolçular 11 metrlik cərimə zərbələrindən 55 dəfə fərqlənib. Qolsuz başa çatan matçların sayı 17-dir.
14 dəfə 11 metrlik cərimə zərbələri qeyri-dəqiq alınıb, futbolçular 15 dəfə avtoqol müəllifi olublar.
Misli Premyer Liqasında yeni mövsümə avqustda start veriləcək.