“Neftçi”nin Yuri Vernidubu baş məşqçi postunda saxlamasının səbəbi müəyyənləşib.
Newsport.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” təcrübəli mütəxəssisin çempionluğa iddia edəcək kollektiv formalaşdıracağına inanır.
Bildirilir ki, 60 yaşlı çalışdırıcının qarşısına qoyulan əsas hədəf qarşıdakı iki il ərzində çempionluğa iddia edəcək oyun sərgiləməsidir: “Neftçi” çempionluq üçün Vernidubla yeni müqavilə imzaladı. Komandanın ötən mövsüm sərgilədiyi oyun rəhbərliyi qane edib və bakılılar Vernidublu “Neftçi”nin çempionluğa iddia edəcəyinə inanır. Uzunmüddətli sözləşmə də bu yolda baş məşqçiyə vaxt verilməsi anlamına gəlir. Bir sözlə, Vernidub “Neftçi”də çempion olmaq üçün qalıb”.
Qeyd edək ki, Yuri Vernidubun “Neftçi” ilə yeni müqaviləsi 2028-ci ilin yayına qədərdir.