"Zirə" Türkiyə klubu ilə qarşılaşır

Türkiyədə hazırlıq prosesini davam etdirən "Zirə" bu gün növbəti yoxlama ooyununda qüvvəsini sınayacaq.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv bu ölkənin "Iğdır" komandası ilə üz-üzə gələcək.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.

Qeyd edək ki, "Zirə" daha öncə hazırlıq prosesi çərçivəsində Bakıda "Qarabağ" klubu ilə qarşılaşıb və rəqibinə 3:4 hesabı ilə uduzub. Həmçinin paytaxt təmsilçisi Özbəkistan klubu "Navbahor"la da üz-üzə gəlib və 1:3 hesabı ilə məğlub olub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right