"Bu gözəl ailəyə qoşulduğum üçün çox həyəcanlıyam" - "Qarabağ"ın yeni transferi

“Qarabağ”ın yeni transferi Renaldo Sefas kluba müqavilə imzaladıqdan sonra bununla əlaqədar ilk dəfə fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, 26 yaşlı yamaykalı vinger sosial şəbəkə hesabında paylaşım edərək Ağdam təmsilçisinə keçidindən məmnunluğunu ifadə edib.

“İlk olaraq, hər şey üçün Allaha şükür edirəm. Bunların hamısnı yüksək qiymətləndirirəm. Bu gözəl ailəyə qoşulduğum üçün çox həyəcanlıyam”., - deyə o yazıb.

Sefas klub rəhbərliyinə və əməkdaşlarına da təşəkkür edib:

"Sadəcə klub personalına təşəkkür etmək istəyirəm, onlar məni xoş qarşıladılar. Yeni komanda yoldaşlarım - ailəmlə tanış olmağı və işə başlamağı səbirsizliklə gözləyirəm”

Sepas yeni komanda yoldaşları ilə görüşmək və məşqlərə başlamaq üçün səbirsizləndiyini də vurğulayıb.

Qeyd edək ki, Renaldo Sefas dünən “Qarabağ”la 3 illik müqavilə imzalayıb. Ağdam təmsilçisi Sefasa görə onun klubu olmuş “Pari NN”ə (Rusiya) 1 milyon avro təzminat ödəyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right