"Komanda daha yaxşı və daha sabit çıxış etməyə başlayıb" Ançelotti

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın qrup mərhələsində Şotlandiya üzərində qazanılan qələbəni (3:0) şərh edib.

Newsport.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının artıq daha yaxşıp çıxış etməyə başladığını deyib:

​"Biz artıq komanda kimi hərəkət edirik və əsas məqsədimiz də budur. İdeal deyilik, üzərində işləməli olduğumuz məqamlar var. Topa nəzarət edərkən tempimizi artırmalıyıq. ​Nəticədən razıyam, komanda daha yaxşı və daha sabit çıxış etməyə başlayıb. Pley-off mərhələsində möhkəmlik çox vacibdir. İlk oyunla müqayisədə səhvlərimiz azalıb, oyun ritmi yaranıb və hücumlarımız daha məhsuldar olub. ​Neymar meydana çıxmaq şansı qazandı, çünki o, buna layiq idi. O, bərpa prosesi dövründə çox çalışdı və böyük peşəkarlıq nümayiş etdirdi".

Qeyd edək ki, Braziliya yığması Şotlandiya, Mərakeş və Haitinin yer aldığı C qrupunu lider tamamlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right