DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları

DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda keçiriləcək matçlar "İctimai TV" ilə yanaşı, "CBC Sport"da da yayımlanacaq.

Newsport.az xəbər verir ki, son turda hər qrupda 2 oyun eyni saatda başlayacağından, bütün oyunların canlı yayımlanmasını təmin etmək məqsədilə görüşlər "İctimai TV" və "CBC Sport" telekanalları arasında bölüşdürülüb.

Oyunların yayım cədvəli isə belədir:

A qrupu
Çexiya – Meksika | 25 iyun, 05:00 (İTV)
CAR – Koreya | 25 iyun, 05:00 (CBC Sport)

B qrupu
İsveçrə – Kanada | 24 iyun, 23:00 (İTV)
Bosniya və Herseqovina – Qətər | 24 iyun, 23:00 (CBC Sport)

C qrupu
Braziliya – Şotlandiya | 25 iyun, 02:00 (İTV)
Mərakeş – Haiti | 25 iyun, 02:00 (CBC Sport)

D qrupu
Türkiyə – ABŞ | 26 iyun, 06:00 (İTV)
Paraqvay – Avstraliya | 26 iyun, 06:00 (CBC Sport)

E qrupu
Ekvador – Almaniya | 25 iyun, 23:55 (İTV)
Kurasao – Kot-d'İvuar | 25 iyun, 23:55 (CBC Sport)

F qrupu
Tunis – Niderland | 26 iyun, 03:00 (CBC Sport)
Yaponiya – İsveç | 26 iyun, 03:00 (İTV)

G qrupu
Misir – İran | 27 iyun, 07:00 (İTV)
Yeni Zelandiya – Belçika | 27 iyun, 07:00 (CBC Sport)

H qrupu
Uruqvay – İspaniya | 27 iyun, 04:00 (İTV)
Kabo-Verde – Səudiyyə Ərəbistanı | 27 iyun, 04:00 (CBC Sport)

I qrupu
Norveç – Fransa | 26 iyun, 23:00 (İTV)
Seneqal – İraq | 26 iyun, 23:00 (CBC Sport)

J qrupu
İordaniya – Argentina | 28 iyun, 06:00 (İTV)
Əlcəzair – Avstriya | 28 iyun, 06:00 (CBC Sport)

K qrupu
Kolumbiya – Portuqaliya | 28 iyun, 03:30 (İTV)
Konqo DR – Özbəkistan | 28 iyun, 03:30 (CBC Sport)

L qrupu
Panama – İngiltərə | 28 iyun, 01:00 (CBC Sport)
Xorvatiya – Qana | 28 iyun, 01:00 (İTV)

Qeyd edək ki, dünya çempionatı çərçivəsində keçiriləcək 104 oyundan 92-si İctimai TV-nin efirində yayımlanır. Eyni vaxtda baş tutan digər qarşılaşmalar isə tamaşaçıların bütün matçları canlı izləyə bilməsi üçün paralel olaraq "CBC Sport" telekanalında təqdim olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right