Almaniyanın məşhur "Transfermarkt" portalı "Qarabağ"ın bosniyalı qapıçı Martin Zlomisliçin transferi üçün ödədiyi məbləği açıqlayıb.
Newsport.az xəbər verir ki, Ağdam klubu bu transfer üçün Xorvatiyanın "Riyeka" klubuna 500 min avro ödəyib.
Əlavə edək ki, "Qarabağ" Zlomisliçlə üç illik müqavilə imzalayıb. Sonradan tərəflər razılaşarsa, müqavilə müddəti bir illik də artırıla bilər.
Hazırda Bosniya və Herseqovina milli komandasın heyətində DÇ-2026-da iştirak edən Zlomisliç “Qarabağ”a qədər “Şiroki Briyeq” və “Riyeka” klublarının qapısını qoruyub.