"Sabah"ın yeni transferini "Qarabağ" da istəyirmiş?

"Qarabağ"ın keçmiş hücumçusu Dino Ndlovu həmyerlisi, Cənubi Afrika Respublikasından olan Ayden Makkartinin “Sabah”a keçidini qiymətləndirib.

Newsport.az xəbər verir ki, “Soccer Laduma”ya danışan Ndolovu Makkartinin doğru seçim etdiyini bildirib.

Bununla yanaşı, onun dediyinə görə, Makkartini transfer etmək istəyən klublar arasında “Qarabağ” da olub:

“Əvvəla, o, başqalarının nə düşündüyünə baxmayaraq, düzgün liqaya getdi. Azərbaycan liqası inkişaf edir. Braziliya və Portuqaliyadan oyunçular transferlər edirlər. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək kimi zəngin tarixi var və bu, onu istənilən afrikalı oyunçu üçün nüfuzlu bir məkana çevirir. Bilmirəm, bilirsinizmi, amma "Qarabağ" da Makkarti ilə müqavilə imzalamaq istəyirdi, amma o, “Sabah”ı seçdi. Deyə bilmərəm ki, Ayden səhv seçim edib. Bu, onun qərarıdır və mən ona uğurlar arzulayıram. "Qarabağ"la rəqabət asan deyil, amma Makkarti üçün yaxşı bir sınaqdır".
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right